Song Cover Image

mənsə səni anıram

Külək döyür qapını, pərdələr də yellənir Qulağıma səs gəlir, sular yenə lillənir Hardasa bir boş küçə küləkdən zibillənir Mənsə səni anıram, mənsə səni anıram. Qorxulu bir səs gəlir pəncərə şüşəsindən Ən pisi nə olar ki, tənhalığın səsindən İsti nə var dünyada bir qadın nəfəsindən Amma soyuq, uzaqlıq, mənsə səni anıram Hamı qol-boyun keçir küçəboyu səhərlər Məni də ki, sıxan şey, necələr, nətəhərlər... Ağlımda xeyli fikir, qara ötkün şəhərlər Mənsə səni anıram, mənsə səni anıram.