Song Cover Image

Sərin hava şırnağı

Sakit, ilıq, səmirsiz gecə də dönməyəcəm, tənha şamın şöləsində yatacaq bütün aləm. O vaxt ki, bu yerlərdə kölgəm də qalmayacaq, sərin hava şırnağı ruhum üçün axacaq! açıq pəncərələrdən. Gözləyən olacaqmı, məni? düzü, bilmirəm! Uzun ayrılıqdan bezəndə, Öpüşlə, göz yaşıyla dolu xatirələri anacaqlarmı görən? Amma güllər, ulduzlar, ümidlər və ahlar, budaq və divarların kölgəli küçəsində busə alan dodaqlar - bax, bunlar olacaqdır. Sakit, ilıq, səmirsiz gecə də dönməyəcəm, tənha şamın şöləsində yatacaq bütün aləm. O vaxt ki, bu yerlərdə kölgəm də qalmayacaq, sərin hava şırnağı ruhum üçün axacaq! açıq pəncərələrdən.