Ömrümdən ötüşən illərə baxdım, Səhvlərim düzüldü qarşıma mənim. Həyatda qorxduğum, qaçdığım hər şey, Gəldilər növbəylə başıma mənim. Kimə dəyər verdim dəyərsiz çıxdı, Qardaş dediklərim alnıma sıxdı, Dar gündə qohum da,yad da gen baxdı, Min zəhər qatıldı aşıma mənim. Vəfasız vəfadan dərs dedi mənə, Duyğusuz, inadkar tərs dedi mənə. Əcəl başım üstə “bəs” dedi mənə, Çəkdikdə tumarı saçıma mənim… Bir gün bu əzablar bitəcək,bəlkə, Ürək muradına yetəcək bəlkə, Sözlərim əbədi gedəcək bəlkə, Yazılsa bir məzar daşıma mənim