Song Cover Image

Qürbətin Xurma Payızı

söykəndiyim bu tənha ağac, Xumar qürbətin xurma payızı… Payızın əlidir düşən yarpaqlar… Mən bu təbiət təmasından sərxoş! İçimdə yarpaq xışıltısı kimi gözəl, Xoşca bir göynərti, Könlümdə göy üzünün duruluğu… Gözlərimdə bir parça qara torpaq aydınlığı – Belə, bu qədər gözəl olmamışdı qürbət. Belə, bu qədər gözəl olmamışdı həsrət… Mən bu dünyanın ilkin qəribiyəm ki, Sevdim, qürbəti sevdim! Sevdim ayrılığı, həsrəti sevdim, -