Zezman dağlarını bürüyüb duman, Şükürlü elindən ucalır bir səs. Nifaq kök salıb, qəlblər pərişan, O isə birliyə çağırır hər kəsi. ​Kimi düşmən kəsilib tor toxuyur, Kimi görmək istəmir bu haqq yolu. O isə səbrlə yetişir dadına, İslamın nuruyla doludur qolu. ​Ayrılıq çətindir, parçalanıb el, Gönüllər bir olsun, birləşsin hər el. Allah dostunun sözü haqq sözdür, Bu yolda dayansın gərək möhkəm bel. ​O mübarək bəndə yayır İslamı, İslamla birləşdirməkdir tək hədəfi. Nə mal-dövlət gəzər, nə də ki məqam, Təkcə Rəbbimizin adını çəkər, Qəlblərə sevgi və mərhəmət əkər, Ayrılan el-obaya yol göstərər. ​Zezman dağlarının haqq dostudur o, Allah sözü var Gümranın dilində. Nuruyla işıqlanar hər keçdiyi yol, Bərəkət gizlidir onun əlində. ​Gəl sən tövbə eylə, tövbəni basma, Nəfsin istəyinə heç qulaq asma. Günahların üçün ümidin kəsmə, Bütün günahları silənə yalvar. ​Etdiyin günahı silməyin üçün, Axirətdə sevinib, gülməyin üçün, Bir mömin olaraq ölməyin üçün, Hər şeyin canını alana yalvar. ​Bil, axirət qazanmaq bahadır, baha, Dünyaya dönüşün heç yoxdur daha. Gəl boyun əy, səcdə eylə Allaha, Göz yaşın ələnə-ələnə yalvar. ​Fani dünya keçər, əbədi qalan — Yalnız Rəbbimizin uca adıdır. Haqq yolunda atan hər xeyirli addım, Axirət bağının şirin barıdır. ​Qəlbini təmizlə, Allaha sığın, Rəhmət qapıları açılar bir-bir. Gümranın dilində Haqqın kəlamı,